“Techealth” — sadə, effektiv və təhlükəsizdir. Həkimlər tərəfindən həkimlər üçün

Demo sifariş et

Sizin üçün bütün növ işlərin yerinə yetirilməsi və tibb müəssisəsinin bütün proseslərinin bir interfeysdən idarə edilməsi üçün rahat platforma yaratmışıq. Bu sistem, məlumatların toplanılması, saxlanılması və təhlilini sadələşdirir. Proqram, biznes üzrə bütün analitikanı görməyə imkan verir, “Techealth” app tətbiqinin köməyilə klinikanızın hansı xidmətlər göstərdiyini, harada yerləşdiyini xəstəyə asanlıqla çatdırmaq, həkimlər haqqında məlumat vermək, tətbiq vasitəsilə qəbula yazılmaq üçün marketpleys qismində çıxış edir.

Necə çalışır?

  • Resepşn

    Klinikaya müraciət etmiş hər pasiyent “Reception” modulu vasitəsilə sistemə daxil edilir. Klinikanın personalı pasiyenti qəbula yaza və ya onun həkim qəbulunu ləğv edə, həmçinin həkimin cari işi haqqında bütün məlumatı ala bilər. Bu mobil tətbiq, pasiyent haqqında tam məlumatı bir formatda saxlamağa imkan verir.

  • Xəzinə

    Həkimin qəbuluna düşmədən əvvəl pasiyent müayinə və ya xidmətə görə ödəniş edir. Ödəniş edilmədən əvvəl pasiyentin tibbi kartı həkim üçün bağlı qalır. Edilmiş ödənişlərin və göstərilmiş tibbi xidmətlərin tam siyahısı pasiyentin “Techealth” app mobil tətbiqində əks olunur.

  • Həkim

    Bu platformanın köməyilə həkim gün ərzində, kalendarda isə yaxın tarixlərdə qəbula yazılmış bütün pasiyentlərin siyahısını görə bilir.

    “Həkim” modulunun vasitəsilə həkim pasiyentlə görülən işi distant qaydada tam nəzarətdə saxlamaq imkanına malikdir.

  • Laboratoriya

    Proqramın bu hissəsi laboratoriyanın işini tənzimləməyə imkan verir. Beləliklə :

    • —təyin edilən yeni zəruri analizləri siyahıya daxil etmək
    • — pasiyentə gözlənilən analizləri yazmaq
    • — hər analizin qiymətini, eləcə də siyahıdadakı bütün analizlərin ümumi qiymətini müəyyən etmək mümkündür.